`Avropa İttifaqı ilə əməkdaşlıq bizim üçün vacibdir` - Nazir


18:31     12 İyun 2017 elmar%20m.jpg

“Avropa İttifaqı ilə əməkdaşlıq bizim üçün vacib məsələlərdən biridir”.


Femida.az-ın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Bakıda eston həmkarı Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, tərəflər bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində doğru yoldadır.

Nazirin sözlərinə görə, bu həftə Aİ-nin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han Azərbaycana gəlir və o, “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycanın hazırlığını nəzərdən keçirəcək, öz fikirlərini bölüşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 915